...

142 - "Çağrı mərkəzi"nə müraciətlər ən çox nə ilə bağldır?

Cəmiyyət Materials 4 Noyabr 2014 18:29 (UTC +04:00)
ƏƏSMN-nin 142 - “Çağrı mərkəzi”nə müraciətlərin 90,6 faizini əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə əlaqədar sorğular təşkil edib
142 - "Çağrı mərkəzi"nə müraciətlər ən çox nə ilə bağldır?

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Son bir ayda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - "Çağrı mərkəzi"nə 5 560 müraciət daxil olub ki, onların 90,6 faizini nazirliyin fəaliyyət sahələri ilə bağlı vətəndaşların sorğuları təşkil edib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qeyd edilən dövrdə 142 - "Çağrı mərkəzi"nə əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı məsələləri ilə əlaqədar edilən 3 387 müraciətin 3 201-i (94,5 faiz), sosial təminat növlərindən istifadə, o cümlədən sosial müavinət məsələləri ilə əlaqədar daxil olan 1 597 müraciətin 1 364-ü (85,4 faiz) sorğu xarakterli olub.

Habelə əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair edilən 305 müraciətdən 235-i (77 faiz) və məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 271 müraciətdən 240-ı (88,5 faiz) vətəndaşların həmin mövzularla bağlı sorğularından ibarət olub.

142 - "Çağrı mərkəzi"nə daxil olan sorğu xarakterli müraciətlərə cavab olaraq ƏƏSMN-nin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib, digər müraciətlərlə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti