Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Azad Həsənli/
"Azərbaycan Beynəlxalq Bankı" ASC Rusiyada islam maliyyələşməsi üzrə xidmətlər göstərəcək. Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında deyib.
Onun sözlərinə görə, ABB-nin İdarə heyəti Moskvadakı törəmə bankında alternativ bankçılıq üzrə şöbənin açılması haqqında qərar qəbul edib: "Bu şöbə "ABB-Moskva" çərçivəsində işləyəcək və islam maliyyələşməsini inkişaf etdirəcək".
Qeyd edək ki, ABB 2012-ci ilin sentyabrında Azərbaycanda islam bankçılığının tətbiqi üzrə layihə çərçivəsində yaradılmış "İslam pəncərəsi"nin işə salındığını elan etmişdi.