...

Bakı dairəvi yolunda qəzanın nəticələri aradan qaldırılır (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2014 18:28 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC bazar ertəsi Bakı dairəvi yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin nəticələrini aradan qaldırır. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakı dairəvi yolunda qəzanın nəticələri aradan qaldırılır (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Emil İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC bazar ertəsi Bakı dairəvi yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin nəticələrini aradan qaldırır. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb.

Avtomobilin yoldan götürülməsi üçün qaldırıcı kran cəlb olunsa da, onu yoldan kənarlaşdırmaq mümkün olmayıb. Yolda qaldırıcı kranın olması avtomobillərin hərəkətinə mane törətdiyinə görə o, yolun hərəkət hissəsindən aparılıb.

P.Mürsəliyev əlavə edib ki, aşan maşın hələ yoldadır, lakin avtomobillərin hərəkətinə mane olmur: "O, qəza yerindən götürüldükdən sonra yol-nəqliyyat təsərrüfatına dəymiş ziyan hesablanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti