Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakının Sabunçu rayonundakı küçələrdən birində hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən Sabunçu rayonu Bəşir Bünyadov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılmasının səbəbi yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.