...

Azərbaycanda bir milyon manatdan çox pul mənimsəyən şirkət rəhbərlərinin hər birinə 8 il iş verildi

Cəmiyyət Materials 24 Noyabr 2014 11:39 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi başa çatıb.
Azərbaycanda bir milyon manatdan çox pul mənimsəyən şirkət rəhbərlərinin hər birinə 8 il iş verildi

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Əzizbəy-KM" MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.

Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti