...

Yol polisi sürücülərə xəbərdarlıq etdi: Diqqətinizi artırın!

Cəmiyyət Materials 27 Noyabr 2014 16:12 (UTC +04:00)
Son 2 saat ərzində Bakıda maddi ziyanla nəticələnən 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələrin hər ikisi sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib.
Yol polisi sürücülərə xəbərdarlıq etdi: Diqqətinizi artırın!

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Son 2 saat ərzində Bakıda maddi ziyanla nəticələnən 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələrin hər ikisi sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir: "Sürücülər paytaxtda dumanlı, yağışlı və çiskinli hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın Yasamal rayonu ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur. Bundan əlavə, yağışlı hava şəraitində avtomobil asfalt yol üzərində sürüşə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinəti itirilə və tormoz məsafəsi uzana biləcəyindən sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Ümumiyyətlə, belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə, şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar".

Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri, xüsusilə, əsas prospektlərdə, şoselərdə, o cümlədən Aeroport şosesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.

Qeyd edək ki, sinoptiklər noyabr ayının sonunadək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürəcəyini, qar və sulu qar yağacağını, Bakıda və Abşeron yarımadasında isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyini, arabir yağıntılı olacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti