...

Gəncə şəhər və Yasamal rayon prokurorları Baş Prokurorluqda yeni vəzifələrə təyinat alıblar

Cəmiyyət Materials 28 Noyabr 2014 10:30 (UTC +04:00)
Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Gəncə şəhər və Yasamal rayon prokurorları Baş Prokurorluqda yeni vəzifələrə təyinat alıblar

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

E.Sultanov bildirib ki, Həsrət Pirməmmədov Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru, Adil Vəliyev isə Baş Prokurorluğun MTN, FHN və Dövlət Sərhədi Xidmətinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin prokuroru vəzifələrinə təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti