Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Moldovada parlament seçkilərində Kommunist partiyası liderlik edir, gözlənilməz uğuru Sosialist partiyası əldə edib. Bu baş tutmuş parlament seçkilərinin ilk rəsmi nəticələrini MSK elan edib. Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.
Kommunistlərdə (MRKP) - 22,12 faizdir, bu əvvəlki seçkilərə nisbətən azdır. Sosialistlərdə (MRSP) - 21,85 faizdir. Bundan sonra hakim Avropa koalisiyasına daxil olan partiyalar gedir. Liberal-demokrat partiyası (MLDP) - 16,66%, Demokratik partiya - 16,88%, Liberal partiya - 4,7%. Digər partiyalar 6% seçki həddini aşa bilməyiblər.