...

Azərbaycanın Milli Qəhrəmanı anılıb (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2014 11:04 (UTC +04:00)
C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun anım mərasimi keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı anılıb (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edənlər Milli Qəhrəmanın həyatından, liseydəki təhsil illərindən və keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər. Sonra kursantlar bədii hissə ilə çıxış ediblər.

Tədbirin sonunda Milli Qəhrəmanın oğlu Elşən Əhədov mərasimin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və liseyin komandanlığına minnətdarlığını bildirib, kursantlara seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti