Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Vüqar İmanov/

Bu gün Heydər Əliyev Mərkəzində görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr edilmiş "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "dəyirmi masa" "M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi" mövzusunu əhatə edib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov öz çıxışında tədbir iştirakçılarını ürəkdən salamlayıb.

Onun sözlərinə görə, bu gün mədəni layihələr həyata keçirən Heydər Əliyev Mərkəzi əhəmiyyətli təşkilat, ideya və təşəbbüslər mərkəzidir: "Bugünkü iclasımız Mixail Yuryeviç Lermontovun 200 illiyinə həsr olunub və biz çox şadıq ki, bu böyük hadisəyə xeyli sayda görkəmli incəsənət xadimləri, tanınmış alimlər toplaşıblar. Tədbirin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevadır".

Heydər Əliyev Mərkəzinin direktoru bildirib ki, Fond artıq uzun illərdir mədəniyyət, təhsil, elm, texnologiyalar, ekologiya və idman sahələrində nəhəng layihələr həyata keçirir. Heydər Əliyev Fondu tərəfindən 400-dən artıq məktəb tikilib, valideyn himayəsindən məhrum uşaqlar üçün 40-dan çox müəssisə yenidən qurulub. Mədəniyyət sahəsində çoxlu sayda layihə reallaşdırılıb, Azərbaycanın xaricdə təqdimatları, festivallar, konfranslar, mədəni tədbirlər keçirilib.

A.Ələkbərov qeyd edib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ciddi fəaliyyət göstərir: "Fondun vitse-prezidenti və Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri kimi onun rəhbərliyi altında Rusiya ərazisində də məktəblərin yenidən qurulması həyata keçirilir, mədəni obyektlər yaradılır. Elə bu yaxınlarda bir sıra uşaq evlərinə və məktəbəqədər müəssisələrə dəstək göstərildi. Leyla Əliyevanın təşəbbüsü ilə Həştərxanda apostola bərabər knyaz Vladimirə abidə ucaldıldı. Вu istiqamətdə çox böyük və ciddi layihələr həyata keçirilir".

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Azərbaycanda Rusiyanın bütün mədəni hadisələrinə həmişə dərin hörmət və maraqla yanaşıblar: "Biz bir dövlətin tərkibində yaşayarkən ümumi tariximiz var idi. İnkişafımızın ümumi mərhələlərinə malikik və çox vaxt bu və ya digər mədəniyyət, musiqi, ədəbiyyat, teatr xadimlərini, memarları hər hansı dövlət mənsubiyyətinə görə ayırmaq mümkün deyil. Azərbaycanın 20 ildən artıqdır müstəqil olduğu bir vaxtda son iki əsrdə əldə edilmiş həmin mədəni əlaqələrin kökünü qorumağa davam etməyimiz əlamətdar haldır".

Onun sözlərinə görə, M.Y.Lermontov Qafqaza sürgün edilərkən tamamilə yeni yaradıcılıq ilhamı aldı, dağları, təbiət mənzərələrini, burada yaşayan xalqların ənənələrini sevdi: "Lermontov - dünya mədəniyyəti və ədəbiyyatında hadisədir".

Nazir qeyd edib ki, Azərbaycanda M.Y.Lermontovun yaradıcılığına böyük hörmət bəsləyirlər: "O, Azərbaycanın Qusar rayonu ərazisindəki Qusar polkunda xidmət edib, kəndləri gəzib, sadə insanlarla görüşüb. Lermontov Azərbaycanın görkəmli mütəfəkkiri, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovla dostluq edib və ondan Azərbaycan dilini öyrənib. Azərbaycanın ölkəşünaslıq muzeyində Mixail Lermontova məxsus qələm və mürəkkəbqabı saxlanılır".

O bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə M.Y.Lermontov da daxil olmaqla Rusiyanın bir çox görkəmli yazıçı və şairlərinin əsərləri latın qrafikalı Azərbaycan əlifbasına çevrilib: "Onlar ölkəmizin bütün kitabxanalarına havayı verilir. Rus dilini bilməyən hər bir azərbaycanlı böyük şairin yaradıcılığı ilə Azərbaycan dilində tanış ola bilər. Bu ənənələr davam edəcək, çünki Rusiya və Azərbaycan mədəni əlaqələri müvəqqəti deyil. Bakıda mütəmadi olaraq keçirilən humanitar forumlar və mədəniyyətlərarası dialoq forumları bunu təsdiq edir".

Ə.Qarayev Azərbaycanda M.Y.Lermontovun yubileyinin təntənəli şəkildə qeyd edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyev Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, bütün təşkilatçılara tədbirin möhtəşəm təşkilinə görə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, M.Y.Lermontov yaradıcılığı zaman keçdikcə aktuallığını itirməyən şəxslərdəndir: "Nə qədər çox vaxt keçirsə, qaldırılan mövzular da bir o qədər aktuallaşır və bir çox suallara cavab tapmaq mümkün olur. Şübhəsiz ki, dahi şairin qısa, lakin parlaq yaradıcılığından qırmızı xətlə keçən şair, vətənpərvər və vətəndaş rolundan başlamaq istərdim. Tədbirin Azərbaycanda keçirildiyini nəzərə alaraq, Lermontovun Avropada fransız dili ilə müqayisə etdiyi Azərbaycan dilinin Qafqazdakı rolu haqqında məşhur kəlamını qeyd etmək istərdim".

M.Cabbarov deyib ki, hazırda Azərbaycanda Bakı Slavyan Universitetinin uğurla fəaliyyət göstərməsi də əlamətdar haldır: "Azərbaycanda böyük şairin 200 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Təhsil Nazirliyi tərəfindən müvafiq müsabiqə keçirilib".

Onun sözlərinə görə, Azərbaycanda 350-dən artıq məktəb rus dilində fəaliyyət göstərir, ölkənin bütün ali məktəblərində rus dilinin tədrisi ilə bağlı fakültələr mövcuddur: "Başqa sözlə, bizdə iştirakçıların, o cümlədən böyük şairi orijinalda oxuyanların sayında məhdudiyyətlər olmayıb. Həmçinin Lermontovun əsərlərinin Azərbaycan dilinə böyük tərcümələrinin olduğunu çəkinmədən deyə bilərəm. Bununla, Azərbaycan dilində təhsil alan vətəndaşlarımız da əhatə dairəsinə düşüblər. Qaliblər üç əsas nominasiyada müəyyənləşib".

Malaya Molçanovkada M.Y.Lermontovun ev-muzeyinin direktoru Valentina Lentsova Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev Muzeyinə heyran qaldığını bildirib: "Bu, dünyanın ən müasir muzeylərindən biridir. Muzeylər müasir, köhnə modelli ola bilər, lakin darıxdırıcı olmağa haqları yoxdur. Bu muzey müasir və maraqlıdır. Muzey işi üzrə mütəxəssis kimi qeyd edim ki, burada bütün müasir texniki vasitələrdən əla istifadə olunub. Biz daha çox bu muzeyə heyran qaldıq, Heydər Əliyevin həqiqi sənədləri böyük maraq doğurdu. Hamı dayanıb gözdən keçirirdi, müzakirə edirdi, heç kəs getmək istəmirdi. Əsl muzey belə olmalıdır!"

Qeyd edək ki, "dəyirmi masa"da M.Y.Lermontovun həyat və yaradıcılığı ilə müzakirələr aparılıb, eləcə də çıxışlar olub.

Tədbirdə "Lermontov irsi" Assosiasiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rus Ədəbiyyatı İnstitutunun direktoru Vsevolod Baqno, həmçinin Rusiyadan müxtəlif qonaqlar iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın gənc rəssamlarının M.Y.Lermontovun həyat və yaradıcılığına həsr olunmuş əsərləri təqdim olunub.

Yubiley mərasimi dekabrın 22-də Heydər Əliyev Mərkəzində M.Y.Lermontovun ədəbi yaradıcılığına həsr olunmuş konsert proqramı ilə davam etdiriləcək.

Dünyada koronavirusa yoluxma hallarının sayı 63 milyona yaxınlaşıb
Dünyada koronavirusa yoluxma hallarının sayı 63 milyona yaxınlaşıb
Türkiyədə koronavirusdan sağalanların sayı 409 mini keçib
Türkiyədə koronavirusdan sağalanların sayı 409 mini keçib
Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var
Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var
Loading Bars
Xəbər lenti
Dünyada koronavirusa yoluxma hallarının sayı 63 milyona yaxınlaşıb
Türkiyədə koronavirusdan sağalanların sayı 409 mini keçib
Çempionlar Liqasında "Şaxtyor" iki dəfə "Real"a qalib gəldi
Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
Azərbaycan və Qətər Dövlətinin XİN başçıları telefonla danışıb
Anar Kərimov "France 24" müsahibə verib
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Sumqayıtda mənzildə qadın meyiti tapılıb
“Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir?
İtkin düşmüş hərbi qulluqçularla bağlı BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir - Dövlət Komissiyası
Euronews Ağdamın işğaldan azad olunması ilə bağlı sujet hazırlayıb (VİDEO)
Pandemiya ilə bağlı sahibkarlara dövlət zəmanəti ilə kredit verilməsinə dair yeni prosedur müəyyənləşib
Azərbaycan məşhur kəhrizlərin UNESCO-nun siyahısına salınması üçün addımlar ata bilər - İranlı mütəxəssis
İosif Stalin haqqında miflər və əfsanələr
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək
“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə veriləcək? - ƏSASNAMƏ
İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medalların Əsasnamələri təsdiqləndi (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Bu il istehsal olunan sənaye məhsullarının həcmi 30 milyard manatı ötüb
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi - Rauf Əliyev
“Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi
“Döyüşdə fərqlənməyə görə” medalı kimlərə veriləcək?
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqləndi
“Qarabağ” ordeninin statutu müəyyənləşib
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Ermənistan tamamilə məhv olmamaq üçün bir neçə rayonu könüllü təhvil verdi - Ekspert
Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı
Nazirlikdən şəhid ailələrinə veriləcək müavinətlə bağlı növbəti AÇIQLAMA
15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
Gəncədə sakinlərə tibbi maskalar paylanılıb (FOTO)
Şərqi Avropada ilk qadın prezident kimi tarixə düşən Vaira-Vike Freiberqa 83 yaşını qeyd edir (FOTO/VİDEO)
Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər
Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var
Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir (FOTO/VİDEO)
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu müəyyənləşib
Dekabrın 2-də manatın dollara qarşı məzənnəsi
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək - ETSN
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Hərbi əsirləri aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil - Dövlət Komissiyası
MBA proqramını bitirən məzunlar doktorantura təhsilini davam etdirə biləcəklər? - RƏSMİ AÇIQLAMA
NATO seminarında təxribata əl atan ermənilər susduruldu
Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb
BDU-dan qovulan tələbə bərpa edildi
Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə (FOTO)
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib
Laçın sakini: Biz ağlaya-ağlaya oranı tərk etdik, bu gün isə üzümüz gülür
Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı - Vüqar Rəhimzadə
Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL
Qazaxda qoruyucu maskadan istifadə etməyən 9 nəfərin sənədləri polisə göndərildi
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor
Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi
İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı
Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Azərbaycana dəstək sənədi qəbul edib
Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu
Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI
İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM
Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib
Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər
"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq - Nazirlik
Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Bütün xəbərlər