...

Bakı metrosundan istifadə edənlərin nəzərinə

Cəmiyyət Materials 7 Yanvar 2015 09:37 (UTC +04:00)
Bakı Metropoliteninin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.
Bakı metrosundan istifadə edənlərin nəzərinə

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı Metropoliteninin "Nizami" stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı bütün hazırlıqlar görülüb.

Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-dək eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır.

3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.

"Bakı Metropoliteni" QSC yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti