...

Bakıda polis rəislərindən biri təqaüdə göndərilib

Cəmiyyət Materials 9 Yanvar 2015 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik Sabunçu RPİ-nin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti