Tüstüsündə boğulduğumuz problem...

Tüstüsündə boğulduğumuz problem...

Azərbaycan xəbərlər xidməti
İlhamə İsabalayeva-Trend:


Siqaretin ictimai yerlərdə, eləcə də qapalı məkanlarda çəkilməsi bizim üçün indiyədək "doğma" ənənə olsa da, bir çox ölkələr bu tütün məmulatının nəinki kütlə, hətta qapalı məkanda istifadəsinə çoxdan qadağa qoyub.

Qonşu Türkiyə siqaretin ictimai yerlərdə çəkilməsini qadağa edən qanun layihəsini 2006-cı ildə, Rusiya isə 3 il əvvəl qəbul edib.

Bizdən fərqli olaraq, bu layihələrin qəbulu nə Türkiyədə, nə də insanlarının daha çox alkoqollu içkilərə və tütünə meyl etdiyi ölkə kimi tanıdığımız Rusiyada narazılığa səbəb olmayıb. Çünki insanlar özləri bu qərarın onların sağlamlığına yönəlmiş bir addım olduğunu dərk ediblər.

Azərbaycanda siqaretin qapalı məkanlarda çəkilməsi məsələsi hələ bir müddət əvvəl qaldırılsa və bununla bağlı ayrıca qanun layihəsi hazırlansa da, müxtəlif səbəblər üzündən məsələ öz həllini tapmamış qaldı.

Birinci Avropa Oyunlarının bu il Bakıda keçirilməsi isə bu məsələni yenidən gündəmə gətirilməsi zərurətini ortaya qoyub. Ən azından bunu fikirləşməliyik ki, ölkəmizə təşrif buyuracaq qonaq tədbirdən sonrakı yorğunluğunu çıxarmaqdan ötrü getdiyi hansısa qapalı məkanda tüstüdən boğulmamalı, "tüstüsüz" yer tapa bilməlidır.

Azərbaycanın hazırkı "Tütün və tütün məmulatları haqqında" qanunu yalnız tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaretin çəkilməsini qadağan edir. Bu qanun 18 yaşına çatmayanlara siqaretin satılmasına, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına icazə vermir. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların da heç biri, demək olar, hazırda tətbiq edilmir və qanunun bu müddəaları faktiki olaraq işləmir.

Qanunun qoyduğu qadağalara nə dərəcədə əməl edilməsinə bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi qiymət verərək bəyan etmişdi ki, ölkədə ictimai yerlərdə siqaret çəkilməsi qanunvericiliklə qadağan edilsə də, bu, hələlik tam həyata keçirilmir. Ümumiyyətlə, Azərbaycanda tütünlə bağlı qanunvericiliyin bəzi müddəalarına əməl edilməsində çatışmazlıqlar var.

ÜST-nin verdiyi bu qiymətdən bir neçə il vaxt keçməsinə baxmayaraq, ölkədə bu qadağalara nəzarətin gücləndirilməsi sahəsində ciddi bir addım atılmayıb.

Mütəxəssislər hesab edirlər ki, əgər tütünçəkməyə qarşı mübarizə tədbirləri kompleks şəkildə və dövlət dəstəyi ilə olarsa, onun nəticəsi daha yaxşı olar. Siqaret çəkilən yerlərin məhdudlaşdırılması, siqaretin qiymətinin bahalaşması, müxtəlif yerlərdə, o cümlədən restoran və kafelərdə siqaret çəkilməsinin qadağan edilməsi tütünçəkmə ilə mübarizədə effektiv olar. Ancaq ölkəmizdə ümumən tütünçəkməyə qarşı mübarizə işinin zəif olmasının nəticəsidir ki, Azərbaycanda tütünə nəzarətin gücləndirilməsi məqsədilə başlıca sənəd kimi istifadə etmək üçün bir neçə il əvvəl hazırlanan Tütünlə Mübarizə üzrə Milli Strategiya indiyədək qəbul edilməyib.

Siqaretin qapalı məkanlarda istifadəsinin qadağan edilməsi isə hazırda müvafiq orqanlar üçün gündəmdə olan və müzakirə edilən məsələ deyil.

Ölkədə siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunmasını zəruri sayan Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, Azərbaycanda bu və ya digər məsələlərdə qanunvericiliyin sərtləşdirilməsinə qapalı yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunduqda baxmaq olar. Ona görə də bir çox məsələlərin həlli üçün ancaq bu qanunun yenidən müzakirəsinin vaxtının çatdığı anı gözləmək lazım gəlir. Lakin bəzi məsələlərin həlli üçün yalnız düşüncəli olmağımız kifayətdir.

Məsələn, millət vəkilinin qanunvericiliyin sərtləşdirilməsi baxımından təklif etdiyi məsələlərdən biri budur ki, evdə uşaqların yanında siqaret çəkən şəxslər üçün cərimə tətbiq edilsin. Amma nəzərə almaq lazımdır ki, evdə siqaret çəkən şəxsin cərimələnməsi real deyil və bu məsələ yalnız onun vicdanının öhdəsinə buraxılır. Ev şəraitində siqaretdən istifadə edən şəxs ilk növbədə cərimə barədə deyil, dünyada yalnız bir il ərzində 600 min insanın ölümünə səbəb olan passiv tütünçəkmənin, siqaretdən buraxılan tüstünün övladlarına və digər ailə üzvlərinə vurduğu ziyan barədə fikirləşməlidir. Bunu anlamaqdan ötrü isə qanunvericilikdə hər hansı qadağanın qoyulmasına ehtiyac yoxdur.

Ekspertlər də hesab edir ki, hazırkı mərhələdə siqaretin qapalı məkanlarda çəkilməməsinə nail olmaqdan ötrü qadağaların qoyulmasından çox əhali arasında maarifləndirmə işlərinin aparılması yolunun seçilməsi daha düzgündür.

Çünki dünyada əsas səkkiz ölüm səbəbinin altısının risk faktorunu təşkil edən siqaretdən istifadənin hansı fəsadlar verdiyini insanlar özləri dərk etməli və qapalı məkanda siqaret çəkməklə özləri ilə yanaşı, ətrafındakıların da sağlamlığına ciddi ziyan vurduqlarını anlamalıdırlar.

Ümidlə gözləmək olar ki, Səhiyyə Nazirliyi tərəfindən poliklinikalarda tütünçəkmədən imtina üzrə xüsusi kabinetlərin yaradılması ilə bağlı layihənin icrasından sonra bu kabinetlərə üz tutanların da sayı çox olacaq. Çünki məhz bu kabinetlərin həkimlərinin əsas vəzifəsi siqareti tərgitmək istəyənlərə yardım göstərməklə yanaşı, insanları siqaret çəkməyin fəsadları, siqaretdən imtina yolları barədə məlumatlandırmaq olacaq.

Onu da nəzərə alaq ki, Azərbaycanda siqaret çəkənlərin böyük hissəsi kişilərdir. Kişilərin 40-60, qadınların isə 2-10 faizi siqaret çəkir. Buna görə də qapalı məkanlarda siqaretin çəkilməsinə qanunla qadağa qoyulana, xüsusi kabinetlər yaradılana qədər əsas hərəkətə kişilər keçməli, heç olmasa, qapalı məkanlarda bu zərərli vərdişlərindən imtina etməlidirlər.

Türkiyədən Azərbaycana polad ixracı artıb
Türkiyədən Azərbaycana polad ixracı artıb
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Bütün xəbərlər