...

Azərbaycan əhalisinin sayı açıqlandı

Cəmiyyət Materials 19 Yanvar 2015 13:00 (UTC +04:00)
Ötən il dekabrın ayının 1-nə olan vəziyyətə görə, Azərbaycan əhalisinin sayı 106,1 min nəfər və ya 1,1 faiz artaraq 9 583,2 min nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən il dekabrın ayının 1-nə olan vəziyyətə görə, Azərbaycan əhalisinin sayı 106,1 min nəfər və ya 1,1 faiz artaraq 9 583,2 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir.

Komitədən bildirilib ki, son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, cari ilin 11 ayı ərzində ölkədə 156,2 min körpə dünyaya göz açıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.

Ötən ilin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 5,9 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti