...

"Bakı Metropoliteni" qatarların hərəkətində yaranan problemə aydınlıq gətirib

Cəmiyyət Materials 28 Yanvar 2015 09:58 (UTC +04:00)
"Bakı Metropoliteni"ndə texniki nasazlıq səbəbindən qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" qatarların hərəkətində yaranan problemə aydınlıq gətirib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni"ndə texniki nasazlıq səbəbindən qatarların hərəkətində problem yaranıb. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, bu gün saat saat 08:26-da metronun "Həzi Aslanov" - "Dərnəgül" xətti istiqamətində hərəkət edən 38 saylı qatarda texniki nasazlıq yaranıb.

Bu səbəbdən "Nizami" stansiyasından "Elmlər Akademiyası" stansiyası istiqamətində hərəkət edərkən qatar "Nizami" stansiyasının girişində dayanıb: "Texniki nasazlıq metroda qatarların ümumi hərəkətində təxminən 10 dəqiqə gecikməyə səbəb olub. Köməkçi qatar vasitəsilə nasaz qatar stansiyadan çıxarılıb, sərnişinlər boşaldılıb, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə ehtiyat qatar buraxılıb".

Şöbə rəisi qeyd edib ki, hazırda qatarların hərəkətində heç bir problem yoxdur: "Sadəcə qatarların hərəkət qrafikini, qatarlar arasında intervalı yenidən bərpa etməyə çalışırıq. Yaxın müddət ərzində qrafik tam bərpa olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti