...

Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək

Cəmiyyət Materials 29 Yanvar 2015 12:11 (UTC +04:00)
Birinci Avropa Oyunları ilə əlaqədar Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək.
Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Birinci Avropa Oyunları ilə əlaqədar Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər regionlarda buraxılış imtahanlarının keçirilməsi iyun ayı ərzində davam edəcək.

M.Abbaszadə bildirib ki, imtahan tarixləri hazırda dəqiqləşdirilir. Gələn həftənin ilk günlərində imtahan cədvəlinin açıqlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti