Səlim Müslümov Azərbaycanda işsizliklə bağlı vəziyyəti dəyərləndirdi (FOTO)

Səlim Müslümov Azərbaycanda işsizliklə bağlı vəziyyəti dəyərləndirdi (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə fevralın 2-də Bakıda "Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri" mövzusunda hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar öz işinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, üç gün davam edəcək seminar makroiqtisadi siyasətin əmək bazarı və məşğulluq sferalarına təsiri, bu siyasətin məşğulluq strategiyalarına uyğunluğu, demoqrafik, sosial və əmək bazarı tendensiyalarının, gənclərin məşğulluğunun təşviqi və s. məsələlərin müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qlobal miqyasda böhran proseslərinin hökm sürdüyü bir vaxtda Azərbaycanın sabitlik şəraitində davamlı makroiqtisadi uğurlara, bu uğurları tamamlayan güclü sosial siyasətə və səmərəli məşğulluq strategiyasına malik bir ölkə kimi seçildiyini vurğulayıb: "Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində son 10 ildə respublikada ümumi daxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib. Ümumi daxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq 6300 manata (8000 ABŞ dollarına) yüksəlib və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, Azərbaycan artıq "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib".

Nazir bildirib ki, ölkəmizin valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan hazırda 53 milyard dollara yüksəlib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır. Azərbaycanda şəffaf biznes mühitinin mövcudluğu 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya yatırılmasına imkan verib və növbəti 4 ildə daha 100 milyard dollardan çox investisiyanın yatırılacağı gözlənilir. İqtisadi inkişafın sosial sahəyə müsbət təsiri kimi qeyd olunan dövrdə minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb, orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla yoxsulluq həddini 1,7 dəfə üstələyir.

Əhalinin gəlirlərinin təkcə ötən il 1,4 faizlik inflyasiya səviyyəsindən üç dəfədən də yüksək olduğunu qeyd edən S.Müslümov inkişaf proseslərinin uğurlu nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsinin 5 faizə endiyini diqqətə çatdırıb: "Dövlət başçısının iqtisadi siyasətində ən mühüm prioritet kimi, ölkədə qeyri-neft sektorununun dinamik inkişafı iqtisadiyyatda şaxələndirməni, eyni zamanda, sosial rifahda ən təsirli vasitə olan məşğulluq səviyyəsinin artımını uğurla təmin edir. Son on ildə 2,6 dəfə, həmçinin ötən il 7 faiz artımın qeydə alındığı qeyri-neft sektorunun milli iqtisadiyyatda payı hazırda 60 faizə yaxındır. Ölkədə muzdla işləyən 1508 min nəfərin 93,3 faizini əhatə edən qeyri-neft sektorunun genişlənməsi 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılmasına, məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub".

S.Müslümov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında (oktyabr ayında) işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa İttifaqında 10 faiz, İspaniyada 24 faiz, Portuqaliyada 13,4 faiz, İtaliyada 13,2 faiz, Slovakiyada 12,9 faiz, İrlandiyada 10,9 faiz, Fransada 10,5 faiz, Sloveniyada 8,8 faiz olub: "Hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib. Eyni zamanda, yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. BƏT-in məlumatına əsasən, hələ 2010-cu ildə ölkəmizdə şəhər və kənd yerləri üzrə işsizlik səviyyələri müvafiq olaraq 5,8 faiz və 5,4 faiz olub. Müqayisə olunan digər ölkələrdə, məsələn, Rusiyada bu, 17,6 faiz və 3,7 faiz, Türkiyədə 14,2 faiz və 7,3 faiz, Fransada 9,8 faiz və 7,2 faiz, Bolqarıstanda 8,6 faiz və 12,3 faiz, Latviyada 20,3 faiz və 17 faiz təşkil edib".

Nazir Azərbaycan Prezidenti tərəfindən ölkədə sabit demoqrafik vəziyyətə, əhalinin artım tempinə uyğun olaraq uzunmüddətli məşğulluq strategiyasının hazırlanması, iş yerlərinin açılması prosesinin daimiliyinin təmin edilməsi ilə bağlı hökumət qarşısında strateji vəzifə müəyyən etdiyini vurğulayıb: "Ümumən ölkəmizdə aparılan makroiqtisadi siyasət müasir çağırışlara cavab olaraq məhz iqtisadiyyatın real sektorunun inkişafına səfərbər olmaqla, eyni zamanda sosial və məşğulluq məsələlərinin kompleks şəkildə həllinə yönəlib. Məhz bunun nəticəsidir ki, qlobal iqtisadi böhranların nəticələri ölkənin sosial-iqtisadi inkişafına, o cümlədən məşğulluq mühitinə və sosial rifaha təsirsiz ötüşür".

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ötən il əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin tətbiq olunduğunu bildirən nazir bunun bir tərəfdən işləyən əhalinin hüquqlarının müdafiəsində çevik və səmərəli vasitə olduğunu, digər tərəfdən əmək bazarında gedən hər hansı dəyişiklikləri dərhal müəyyən etməyə imkan verdiyini qeyd edib: "Düşünürəm ki, bugünkü seminarda əmək bazarının formalaşmasında makroiqtisadi sabitliyin rolu, iqtisadi inkişafın müasir çağırışlarına əmək bazarının çevik reaksiyasına nail olunması, təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması, qeyri-formal məşğulluğun qarşısının alınması məsələlərinin müzakirəsi səmərəli ola bilər. Habelə neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsi, işsizlərin sosial müdafiəsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi üçün xüsusi tədbirlərin təşkili, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə bu sahədə ixtisas və ixtisaslaşma təsnifatının təkmilləşdirilməsi də aktual məsələlərdəndir".

Nazir məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin qiymətləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına səmərəli nəzarətin təmin edilməsi, daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlərin də müzakirəsinin vacibliyini qeyd edib və seminarın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli vətəndaşların sosial və əmək hüquqlarının, məşğulluq haqqında qanunvericiliyin mütərəqqi beynəlxalq konvensiyalara uyğun təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan işlər barədə ətraflı məlumat verib, qarşıdakı dövrdə də bu istiqamətdə aparılacaq işlərdən danışıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev makroiqtisadi sabitlik və inkişaf dövrünü yaşayan ölkəmizdə son dövrlər sığorta-pensiya təminatının yaxşılaşdırılması məqsədilə aparılan islahatlar barədə məlumat verərək, vətəndaşların səmərəli məşğulluğunun onların gələcək layiqli pensiya təminatında da vacib şərtlərdən olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə özəl sektorun inkişafına maliyyə və institisional formada göstərilən dövlət dəstəyindən bəhs edib, bunun qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılması və məşğulluğun artmasında da uğurlu nəticələr verdiyini vurğulayıb.

BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva iqtisadi islahatlar prosesində əmək bazarı və məşğulluq amilinin, işləyən əhalinin maraqlarının ön planda saxlanılması və müdafiəsinin vacibliyini, bu sahədə ölkələr arasında təcrübə mübadilələrinin önəmli olduğunu bildirib.

Seminarda qeyd edilən mövzular üzrə işgüzar potensialın artırılması və bilik mübadiləsinin təmin olunmasına yönələn sessiyalar formatında, BƏT-in və ayrı-ayrı ölkələrin ekspertlərinin çıxışları dinləniləcək, habelə Azərbaycanın əmək müqaviləsi bildirişləri üzrə elektron sistemin tətbiqi sahəsində təcrübəsinə dair məlumat veriləcək. Tədbir zamanı mövzularla bağlı qrup formatında interaktiv müzakirələrin aparılması, mövcud təcrübələrin təhlili və məlumat mübadilələri, gənclərin məşğulluğunun təşviqi üzrə ekspert şərh və tövsiyələrinin verilməsi nəzərdə tutulur.

Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Loading Bars
Xəbər lenti
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Bütün xəbərlər