...

Paytaxtın Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət məhdudlaşdırıldı

Cəmiyyət Materials 10 Fevral 2015 10:52 (UTC +04:00)
Paytaxtın Nobel prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Paytaxtın Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Nobel prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC-dən bildiriblər ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti