...

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Cəmiyyət Materials 10 Fevral 2015 13:24 (UTC +04:00)
Təklif olunan dəyişikliklərə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Həmçinin, nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək, həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək.

Komitə sədri Hadi Rəcəbli təklif olunan dəyişikliklərin vətəndaşların mənafeyi baxımından vacib və əhəmiyyətli olduğunu söyləyib.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti