...

Azərbaycan məktəblərində əlavə fiziki hazırlıq məşğələləri keçiriləcək

Cəmiyyət Materials 13 Fevral 2015 12:43 (UTC +04:00)
Azərbaycanda təhsil müəssisələrində əlavə fiziki hazırlıq məşğələləri keçiriləcək.
Azərbaycan məktəblərində əlavə fiziki hazırlıq məşğələləri keçiriləcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda təhsil müəssisələrində əlavə fiziki hazırlıq məşğələləri keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məşğələlər marş yürüşü, sıra təlimləri, turnikdə dartınmaq, ayaqların köməyi ilə kəndirlə dırmanmaq, qumbara atmaq, üzgüçülük və s. olacaq. Məşğələlərin keçirilməsində məqsəd təhsilalanların fiziki inkişafının, onların sağlamlığının məhkəmləndirilməsini, xüsusilə çağırışaqədər yaş həddində olanların fiziki hazırlıq səviyyəsini təmin etməkdir.

Bu məşğələlər müvafiq dövlət təhsil standartları əsasında hazırlanmış təhsil proqramları və normativlərə uyğun olaraq, yerli şərait və daxili imkanlar nəzərə alınmaqla təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti