...

Azərbaycan və Dağıstan birgə turizm marşrutları yarada bilərlər (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2015 15:52 (UTC +04:00)
Əbülfəs Qarayev Quba rayonunda Rusiya nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Dağıstan birgə turizm marşrutları yarada bilərlər (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba rayonunda Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının mədəniyyət naziri Zarema Butayeva və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Dağıstanla Azərbaycan arasında müxtəlif mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda, cari ilin 18-19 may tarixində Bakı şəhərində keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiya nümayəndə heyətinin iştirakı, forum çərçivəsində müxtəlif simpoziumların keçirilməsi, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması barədə fikirlər qeyd olunub.

Qeyd olunanlarla yanaşı, turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri də görüş zamanı nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti