...

Şəhər və rayonların abituriyentlərinin bilikləri arasında hansı fərqlər var?

Cəmiyyət Materials 19 Fevral 2015 16:54 (UTC +04:00)
Böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir.
Şəhər və rayonların abituriyentlərinin bilikləri arasında hansı fərqlər var?

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir. Bu fərq ən çox ingilis dili fənni üzrə verilən cavablarda özünü göstərir. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Komissiyadan bildirilib ki, respublikanın böyük şəhərlərindən və kənd rayonlarından olan abituriyentlərin ayrı-ayrı ixtisas qruplarına meyilləri və fənlər üzrə test suallarına cavabvermə göstəricilərinin hər biri ayrılıqda araşdırılıb.

Nəticələrə əsasən, hər iki kontingentin ixtisas qruplarına olan istək və meyilləri arasında fərq demək olar ki, yox dərəcəsindədir. Həm böyük şəhərlərin, həm də kənd rayonlarının oğlan abituriyentləri riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentləri isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər.

Hər iki kontingentdən olan abituriyentlərin imtahan fənləri üzrə test tapşırıqlarına cavablarında isə ciddi fərq var. Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi kənd rayonlarından olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir. Bu üstünlük özünü, ənənəvi olaraq, daha çox ingilis dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ana dili və ədəbiyyat fənləri üzrə hazırlıqda göstərir.

Qeyd olunub ki, biologiya fənnindən başqa, digər fənlər üzrə şəhərlərdən olan abituriyentlərin səviyyəsi üstündür: "Bu, şübhəsiz ki, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır. Ümid edirik ki, son illər dövlət xətti ilə, həmçinin Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində, əsasən də kənd rayonlarında müasir standartlara cavab verən məktəblərin inşa edilməsi, onların maddi-texniki bazasının və müəllim potensialının gücləndirilməsi şəhər və rayon abituriyentlərinin bilikləri arasındakı fərqin azalmasına təkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti