...

Hərbi hissələrdə Xocalı soyqırımının qurbanları anılıb

Cəmiyyət Materials 26 Fevral 2015 17:13 (UTC +04:00)
Hərbi hissələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Hərbi hissələrdə Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Hərbi hissələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, nazirliyə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.

Bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti