Humay Abdullayeva: "Ölkəmizdə gənclər üçün çoxlu imkanlar yaradılır" (FOTO)

Humay Abdullayeva: "Ölkəmizdə gənclər üçün çoxlu imkanlar yaradılır" (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Humay Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında 610 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi kibernetika" ixtisasına qəbul olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı"nın xətti ilə Koreyanın KAİST Universitetinə - Korea Advanced İnstitute of Science and Technology (Koreya Ali Elm və Texnologiya İnstitutu) qəbul üçün keçirilən müsabiqədə bir neçə mərhələdən uğurla keçərək 2009-2014-cü illərdə həmin universitetdə "Kompüter elmləri" üzrə təhsil alıb. Hazırda Humay Abdullayeva Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin mühəndisi vəzifəsində çalışır.

  1. Humay xanım, necə oldu ki, siz xaricdə məhz kompüter elmləri üzrə təhsil almaq fikrinə gəldiniz?
  • Hər zaman texnologiyaya marağım olub. Koreyada təhsilimin birinci ili seçim dövrü idi, yəni bir il ərzində biz bütün ixtisaslar üzrə fənləri götürməli idik və növbəti il seçim etməli idik. "Proqramlaşdırmaya giriş" fənnini keçdikdən sonra anladım ki, bu sahə məhz mənim öyrənmək istədiyim, özümü inkişaf etdirmək istədiyim sahədir. Çünki çoxlu innovasiyalar və yeniliklər etmək imkanı var. Tələbəlik dövründə dərslərdən əlavə başqa universitetlərin kurslarını da onlayn izləyərək öz biliyimi dərinləşdirirdim. Həmin kurslardan sertifikatlar əldə etdim. Son semestrdə işlədiyim tədqiqat layihəsi isə "Ən yaxşı layihə " adını qazandı.
  1. Xaricdəki təhsilin Azərbaycandakı təhsildən nə kimi fərqi var? Üstün və mənfi cəhətləri hansılardır?
  • Önəmli fərq xaricdə daha çox diqqətin tədqiqata ayrılmasıdır. Tələbələr bakalavr dövrünün ortalarından artıq laboratoriyalarda işləyir, onları maraqlandıran mövzu üzrə tədqiqat aparırlar. Yəni axtarış-tədqiqat (research) imkanları genişdir. Digər fərq isə, fərqli biliyə, fərqli mədəniyyətə sahib olan insanlarla ünsiyyətdə olmaqdır. Bu, insanın dünyagörüşünü müsbət mənada dəyişir, həmçinin komandada işləmək bacarıqlarını artırır. Mənfi cəhəti isə, fikrimcə, orada professor-müəllim heyətinin tələbə ilə daha az kontaktda olmasıdır. Bizim universitetlərdəki professor-müəllim heyəti tələbələrlə daha çox məşğul olurlar, onların bütün suallarını cavablandırmağa çalışırlar. Bu, bizim təhsilin xaricdəki təhsildən üstün olan cəhətidir.
  1. Xaricdə təhsil alıb Vətənə döndükdən sonra harda işə başladınız? Bu gün Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin mühəndisi olaraq üzərinizə hansı öhdəliklər düşür və əsas işiniz nədən ibarətdir?

- İlk işim, daha doğrusu, təcrübəm İqtisadi İnkişaf Nazirliyinin Elektron İdarəetmə şöbəsində olub. Növbəti işim isə SOCAR İTRİ-də bir aylıq təcrübə olub. Amma ilk rəsmi işim Bakı Ali Neft Məktəbindədir. 2014-cü ilin əvvəlində bakalavr təhsilimi bitirdikdən sonra Vətənə qayıtdım və Bakı Ali Neft Məktəbindən dəvət aldım. Hal-hazırda Keyfiyyətin Təminatı şöbəsində mühəndis olaraq fəaliyyət göstərirəm. Əsas işimiz tədrisin keyfiyyətinə nəzarətdir. Bildiyiniz kimi, Bakı Ali Neft Məktəbi İngiltərənin Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində olan bütün koordinasiya işləri ilə Keyfiyyətin təminatı şöbəsi məşğul olur. Buna tələbələrə dəstək, qiymətlərin analizi, statistikasının yaradılması və digər məsələlər daxildir. Bundan əlavə, dərslərin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq gizli sorğular keçirilir, onlar analiz olunur, müəllimlərlə nəticələr barədə müzakirələr aparılır. Tələbələrin yayda istehsalat təcrübələrinə göndərilməsini təşkil edirik, təcrübənin sonunda hesabatları qəbul edib qiymətləndiririk. Bizim işimiz çox məsuliyyətli bir işdir. Bununla yanaşı, öz bilik və təcrübələrimi daha gənc kadrlarla bölüşür və eyni zamanda, akademik heyətimizin bilik və təcrübələrindən yararlanıram. Bunun nəticəsində özümün həm şəxsi, həm peşəkar mənada xeyli inkişaf etdiyimi görürəm.

  1. Qarşınıza qoyduğunuz məqsədlər və hədəflər hansılardır? Çətin işin öhdəsindən gəlməyi necə bacarırsınız, sizə nə və yaxud kim kömək olur?

- Hər bir şəxs həyatda nə istədiyini bilməlidir ki, həmin hədəflərə çata bilsin. Bununla belə, qarşıya qoyduğun məqsədlərə çatmaq üçün çox çalışmalısan. Tələbəlik dövrümdən başlayaraq öz üzərimdə çox işləmişəm ki, öz sahəmin ən yaxşı mütəxəssislərindən biri ola bilim. Hazırkı hədəfim də məhz budur. Daim öz üzərimdə işləyirəm, təlimlərə gedirəm, məqalələr oxuyuram, yeni innovasiyalar ilə maraqlanıram. Əsas odur ki, olduğun yerdə qalmayasan, hər gün yeni bir şey öyrənəsən. Sözsüz ki, çətinliklərlə rastlaşmışam və istənilən çətin anımda ailəm mənə dəstək olub və stimul verib. Bununla yanaşı, bu gün ölkəmizdə gənclər üçün çoxlu imkanlar yaradılır. Bunlar gənclər üçün təhsil proqramları, xaricdə təhsil, həmçinin çox yaxşı iş şəraitinin yaradılmasıdır. Bir gənc olaraq mən dövlətimizin gənclər siyasətini dəstəkləyirəm. Mən özüm də bir az öncə qeyd etdiyim kimi, bu imkanlardan yararlanaraq təhsilimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı"nın vasitəsilə almışam. Bu cür imkanın verildiyi üçün də təşəkkür edirəm.

5. Özünüzü necə inkişaf etdirirsiniz və başqa hansı qabiliyyətləriniz var?

- Uşaqlıqdan rəsm çəkməyi sevirəm. Məktəb vaxtlarında çəkdiyim əsərlər sərgilərdə nümayiş olunurdu. Bundan əlavə, rəqslə məşğul oluram. Milli və ispan rəqsləri üzrə dərslər almışam. Kitab oxumağı sevirəm, daha çox psixologiya və menecmentlə bağlı kitablar oxuyuram.

Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Nizamini olduğu kimi tədqiq edən materialların yayılmasına böyük ehtiyac var - Alim
Nizamini olduğu kimi tədqiq edən materialların yayılmasına böyük ehtiyac var - Alim
"Nizami Gəncəvi ili" və "Vaqif Poeziya Günləri"nin bərpası poeziya üçün əlamətdar hadisələrə çevriləcək - Baba Vəziroğlu
"Nizami Gəncəvi ili" və "Vaqif Poeziya Günləri"nin bərpası poeziya üçün əlamətdar hadisələrə çevriləcək - Baba Vəziroğlu
Loading Bars
Xəbər lenti
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
Bütün xəbərlər