...

3 tank, 12 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Cəmiyyət Materials 10 Mart 2015 11:36 (UTC +04:00)
2015-ci ilin fevral ayı ərzində 1,812,466 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
3 tank, 12 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

2015-ci ilin fevral ayı ərzində 1,812,466 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 281,166,915 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,883-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti