...

Bakının mərkəzində içməli su olmayacaq

Cəmiyyət Materials 10 Mart 2015 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Bakının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 mart 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti