...

ABŞ-ın Corctaun Universitetinin professoru BDU-da olub (FOTO)

Cəmiyyət Materials 11 Mart 2015 16:23 (UTC +04:00)
ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, “Sərhədsiz Din xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendi Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.
ABŞ-ın Corctaun Universitetinin professoru BDU-da olub (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, "Sərhədsiz Din xadimləri" beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendi Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, fakültənin dekanı professor Zeynal Həsənalıyev BDU ilə ABŞ universitetləri arasında əməkdaşlıqdan danışıb və fakültə haqqında qonağa ətraflı məlumat verib.

Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə davam edən görüşdə qonaq Amerikada din, İslamda qadına münasibət mövzusunda fikirlər səsləndirib və tələbələrlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, imam Y.Hendinin Corctaun Universitetində apardığı "Dinlərarası görüş" mühazirələri konfliktoloqlar arasında çox məşhurdur. ABŞ, Asiya, Afrika və Avropanın çeşidli ölkələrində dinlərarası dioloq mövzusunda mühazirələr oxuyan görkəmli din xadiminin İslamda qadın, İslamda qadın və gender əlaqələri, İsanın ikinci gəlişi, ABŞ-da din və İslam mövzularında çoxsaylı tədqiqat işləri mövcuddur.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Stefan Qays da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti