...

Koreya vətəndaşlarına qarşı quldurluq edənlərə cəza verildi

Cəmiyyət Materials 11 Mart 2015 17:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbilərə qarşı quldurluq etməkdə təqsirli bilinən İlqar Həsənov, Təhməz Əliyev və Nihad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Koreya vətəndaşlarına qarşı quldurluq edənlərə cəza verildi

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbilərə qarşı quldurluq etməkdə təqsirli bilinən İlqar Həsənov, Təhməz Əliyev və Nihad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hğkm oxunub. Məhkəmənin hökmü ilə İ.Həsənov 11 il, T.Əliyev 10 il və N.Əliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Koreya vətəndaşlarının Xəzər rayon Polis İdarəsinə etdikləri şikayət əsasında əməliyyata başlanıb. Məlum olub ki, əcnəbilərə qarşı quldurluq edənlər Buzovna qəsəbəsi sakinləridir. Dəstə üzvləri olan T.Əliyev, onun yaxın qohumu N.Əliyev və İ.Həsənov hadisə günü həmin xarici qonaqları qəsəbə ərazisindən götürərək şəhərə aparacaqlarını deyiblər. Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən tanışları sonda onları qarət etmək qərarına gəliblər. Dəstə üzvləri Buzovnada onlara bıçaq çəkiblər, 4 ədəd telefon və 1500 dollar aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti