...

Bakıda yol ötürücülərindən birinin altındakı yollar genişləndirilib

Cəmiyyət Materials 16 Mart 2015 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda "Ramstor" yol ötürücüsünün ("Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol ötürücüsü) alt hissəsi genişləndirilib. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzinin qarşısından gələrək "Ramstor" yol ötürücüsünün ("Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol ötürücüsü) alt hissəsində dönmə əməliyyatı edib yenidən Heydər Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib.

Eyni zamanda, Yusf Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib. Bu, həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti