...

TQDK abituriyentlərin qeydiyyatına başladı

Cəmiyyət Materials 29 Mart 2015 13:08 (UTC +04:00)
TQDK növbəti sınaq imtahanında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatına başlayıb.
TQDK abituriyentlərin qeydiyyatına başladı

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti sınaq imtahanında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatına başlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti