...

Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2015 19:25 (UTC +04:00)
Azərbaycanda və dünyanın bir sıra ölkələrində bahar bayramı kimi qarşılanan Novruz dünya azərbaycanlıları tərəfindən bir çox ölkələrdə qeyd edilir. Bu il Böyük Britaniyanın Şeffild şəhərində fəaliyyət göstərən Azərbaycan cəmiyyəti tərəfindən də bu ölkədə Novruz şənliyi keçirilmişdir.
Böyük Britaniyanın Şeffild şəhərində Novruz bayramı qeyd edilib (FOTO)

Azərbaycanda və dünyanın bir sıra ölkələrində bahar bayramı kimi qarşılanan Novruz dünya azərbaycanlıları tərəfindən bir çox ölkələrdə qeyd edilir. Bu il Böyük Britaniyanın Şeffild şəhərində fəaliyyət göstərən Azərbaycan cəmiyyəti tərəfindən də bu ölkədə Novruz şənliyi keçirilmişdir.

Şeffild Universitetinin Tələbə Birliyi binasında keçirilən tədbir artıq sayca dördüncüdür. Bayram tədbirində müxtəlif millətlərin nümanyəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan və Novruz bayramı haqqında qonaqlara geniş məlumat verilmiş, tələbələr tərəfindən milli rəqs və mahnılar ifa edilmişdir. Bundan savayı, tədbirdə iştirak edən qonaqlara Novruz bayramına xas olan şirniyyatlar da təklif edilmiş, Novruz adət və ənənələri nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti