...

"Ali Təhsil müəssisələri" Facebook səhifəsinin qalibi BDU-dur

Cəmiyyət Materials 1 Aprel 2015 12:39 (UTC +04:00)
Təhsil Nazirliyinin "Ali Təhsil müəssisələri" Facebook səhifəsinin qalibi yenə də BDU-dur.
"Ali Təhsil müəssisələri" Facebook səhifəsinin qalibi BDU-dur

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Təhsil Nazirliyinin "Ali Təhsil müəssisələri" Facebook səhifəsinin qalibi yenə də BDU-dur.

BDU-dan Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi "Ali Təhsil müəssisələri" Facebook səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından mart ayı üzrə statistikasını açıqlayıb. Qrupun mart ayı üzrə fəalı 426 balla Bakı Dövlət Universitetidir.

Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sonrakı yerləri bölüşüblər.

Xatırladaq ki, Təhsil Nazirliyinin "Ali Təhsil müəssisələri" Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq, ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.

Qeyd edək ki, Təhsil Nazirliyi "Ali Təhsil müəssisələri" Facebook səhifəsinin fevral ayının qalibi də Bakı Dövlət Universiteti idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti