Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri "TurAz Şahini 2015" təlimlərindən Vətənə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, illik hərbi əməkdaşlıq planına əsasən Türkiyədə keçirilən "TurAz Şahini 2015" birgə təlimlərində iştirak edən Azərbaycan HHQ-nin təyyarələri Vətənə qayıdıb.
Təlimlərdə iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, o cümlədən, şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetirib.