...

Jurnalistlər güllə atıcılığı yarışına çıxacaqlar

Cəmiyyət Materials 7 Aprel 2015 15:14 (UTC +04:00)
KİV nümayəndələri arasında II atıcılıq turniri keçiriləcək.
Jurnalistlər güllə atıcılığı yarışına çıxacaqlar

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/

KİV nümayəndələri arasında II atıcılıq turniri keçiriləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turnirinə start verir.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır. Turnir may ayının 2-də "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçiriləcəkdir. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur.

Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi.

Qeyd edək ki, 2014-cü ildə keçirilmiş ilk turnirin qalibi Trend Beynəlxalq İnformasiya Agentliyinin komandası olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti