...

Yenə soyuq, yenə külək

Cəmiyyət Materials 11 Aprel 2015 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda hava yenə soyuq və küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yağış yağacağı ehtımalı var. Şima-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Aprelin 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 isti olacağı gözlənilıir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti