...

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

Cəmiyyət Materials 16 Aprel 2015 16:10 (UTC +04:00)
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.

Trend Fondun saytına istinadən məlumat verir ki, aprelin 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər.

Müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.

Nazirliyin digər qurumlarında da xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti