...

I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək

Cəmiyyət Materials 17 Aprel 2015 13:25 (UTC +04:00)
Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq.
I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Maksim Tsurkov/

I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, eyni zamanda Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.

N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti