...

Azərbaycan avtomobil idxalını xeyli azaldıb

Cəmiyyət Materials 22 Aprel 2015 00:30 (UTC +04:00)
2015-ci ilin yanvar-martında Azərbaycana 10 035 ədəd avtonəqliyyat vasitəsi idxal edilib.
Azərbaycan avtomobil idxalını xeyli azaldıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin yanvar-mart aylarında Azərbaycana 10 035 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 22 511 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtonəqliyyat vasitələrinin 9 256 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I rübündə bu göstərici 20 305 ədəd təşkil edib.

Bundan başqa, yanvar-mart aylarında ölkəyə 500 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 1952 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti