Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda məhkəmələrə göndərilmiş korrupsiya ilə bağlı cinayət işləri arasında mənimsəmə faktları üstünlük təşkil edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hesablama dövrü ərzində məhkəmələrə göndərilmiş cinayət işlərinin təsnifatına görə, korrupsiya cinayətlərində birinci yeri mənimsəmə (37%) ilə bağlı faktlar tutur. İşlərin qalanları isə dələduzluq (29%), vəzifədən sui-istifadə (12%), rüşvət alma 7% və digər cinayətlərlə (15%) əlaqədardır.