İran, Tehran, 25 aprel /Trend, müxbir Təmkin Cəfərov/
İranda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış 3 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb. Bunu bu gün Trend-ə Germi Şəhər Təcili Tibbi Yardım Xidmətindən bildiriblər.
Mərkəzdən bildiriblər ki, qəza cümə axşamı Ərdəbil əyalətinin Germi-Ərdəbil magistral yolunda baş verib. Qəzada 3 Azərbaycan vətəndaşı xəsarət alıb. Təcili Yardım Xidməti xəsarət almış şəxslərin kimliyini açıqlamayıb.
Qeyd edək ki, hadisə zamanı avtomobilin iranlı sürücüsü ağır xəsarət alıb və hazırda xəstəxanda müalicə olunur.