...

AMEA-nın akademik-katibləri seçilib

Cəmiyyət Materials 29 Aprel 2015 17:11 (UTC +04:00)
İclasda akademiyanın akademik-katibi vəzifəsinə hazırda bu vəzifəni icra edən AMEA-nın müxbir üzvü Rasim Əliquliyev seçilib.
AMEA-nın akademik-katibləri seçilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibləri səsvermə yolu ilə seçilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında çıxış edən AMEA prezidenti Akif Әlizadə bildirib ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə AMEA-nın müxbir üzvü Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Yer Elmləri Bölməsinin akademik-katibi AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirov, Kimya Elmlər Bölməsinin akademik-katibi AMEA-nın həqiqi üzvü Dilqəm Tağıyev, Fizika-Riyaziyyat Elmlər Bölməsinin akademik-katibi isə AMEA-nın müxbir üzvü Nazim Məmmədov seçilib.

İclasda akademiyanın akademik-katibi vəzifəsinə hazırda bu vəzifəni icra edən AMEA-nın həqiqi üzvü Rasim Əliquliyev seçilib.

Gəncə bölməsinin akademik-katibi vəzifəsinə bu bölmənin rəhbəri, AMEA-nın həqiqi üzvü Fuad Əliyev seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti