...

İxtisarlar olacaqmı? - "McDonald's Azərbaycan" aydınlıq gətirdi

Cəmiyyət Materials 30 Aprel 2015 16:37 (UTC +04:00)
“McDonald's Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərən restoranlar şəbəkəsində hər hansı struktur, kadr dəyişikliyinin aparılması məsələsinə aydınlıq gətirib.
İxtisarlar olacaqmı? - "McDonald's Azərbaycan" aydınlıq gətirdi

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"McDonald's Azərbaycan" şirkəti Azərbaycanda fəaliyyət göstərən restoranlar şəbəkəsində hər hansı struktur, kadr dəyişikliyinin aparılması məsələsinə aydınlıq gətirib.

Qeyd edək ki, xarici KİV-lərdə yayılan məlumatlara görə, "McDonald's" gəlirlərinin azalması ilə əlaqədar yaxın zamanlarda 350 restoranını bağlamaq istəyir. Eyni zamanda, "McDonald's"ın Rusiyadakı restoranlarında menyunun azaldılması nəzərdə tutulur.

"McDonald's-Azərbaycan" şirkətindən Trend-ə bildirilib ki, hələlik Azərbaycandakı şəbəkəyə daxil olan restoranlarda çalışan işçilər arasında ixtisarın aparılması, eyni zamanda, menyuya daxil edilən çeşidlərin azaldılması nəzərdə tutulmayıb.

Şirkətdən deyilib ki, "McDonald's"ın müxtəlif ölkələrində olan restoranlarında təqdim edilən menyular fərqlidir. Azərbaycanda da menyular mövsümdən asılı olaraq fərqlənir. Buna görə də yay və qış mövsümündə təqdim edilən çeşidlər və onların sayı fərqli olur.

Qeyd edək ki, "McDonald's" Azərbaycanda restoranlar şəbəkəsini yalnız Bakıda qurub. Hazırda "McDonald's"ın Bakıda 10 restoranı var ki, onlardan da biri Şüvəlan qəsəbəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti