...

Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub (FOTO)

Cəmiyyət Materials 1 May 2015 19:49 (UTC +04:00)
Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunan tədbir keçirilib.
Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Hərb Tarixi Muzeyi və Şuşa RİH-in birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin və əməkdaşların Ramiz Qəmbərovun qəhrəmanlığına dair çıxışları dinlənilib.

Qeyd edilib ki, milli qəhrəmanımız Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular və Göytala kəndlərinin müdafiəsində, Daşaltı, Şuşakənd, Xankəndi və s. yerlərdəki erməni quldur yuvalarının darmadağın edilməsində şücaət göstərib.

Ramiz Qəmbərovun döyüş yoldaşları da onun haqqında xatirələrini bölüşüblər.

Sonda Milli Qəhrəmana həsr olunan film və "Xatirə" kompozisiyası təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti