...

Avropa Oyunları ilə əlaqədar Bakı polisinin şəxsi heyətinin sıra baxışı keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2015 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Birinci Avropa Oyunları ilə əlaqədar bazar günü Dövlət Bayraq Meydanında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinin sıra baxışı keçirilib.

Trend-in məlumatına görə, tədbir yol polisləri sırasında nizam-intizam qaydaları gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə keçirilib.

Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

BŞBPİ-nin rəisi M.Seyidovşəxsən sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış oldu.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçdi.

M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək,yol polislərinə öz məsləhət və tövsiyyələrini verdi.

 
Məqalədə:
Xəbər lenti

Xəbər lenti