...

"Sığortalı Gənclik" layihəsi Azərbaycan Dillər Universitetində

Cəmiyyət Materials 8 May 2015 12:33 (UTC +04:00)
"Sığortalı Gənclik" layihəsi Azərbaycan Dillər Universitetində
"Sığortalı Gənclik" layihəsi Azərbaycan Dillər Universitetində

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 7-də "Sığortalı Gənclik" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə Universitetin 40 tələbəsi iştirak edib. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri tələbələrə layihənin məqsədi və sığorta ilə bağlı maariflənmənin əhəmiyyətindən danışıblar.

Tədbir iştirakçılarına, həmçinin, sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı geniş məlumat verilib, sığortanın mahiyyəti və onun faydaları barədə danışılıb. Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər.

Xatırladaq ki, "Sığortalı gənclik" layihəsi Azərbaycan Maliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Vətəndaş cəmiyyətində debat" İctimai Birliyinin təşkilatçılığı və "Buta Sığorta"-nın tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti