...

"Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2015 12:19 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının təqdimat mərasimi keçirilib.
"Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, təqdimat mərasimində DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, bu gün Heydər Əliyevin tolerantlıq siyasəti nümunəvi siyasət kimi dünyada öyrənilir.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanın milli müstəqilliyini əldə etməsi şərəfli dövrü əhatə edir: "Lakin bu dövr çox keşməkeşli keçib. Ölkəmiz erməni işğalı ilə üz-üzə qalıb. Torpaqlarımızı - Şuşanı, Laçını, Ağdamı itirdik. Ölkədə hərc-mərclik hökm sürürdü. Lakin məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu, gücləndi. Həmçinin Heydər Əliyevin sayəsində Azərbaycanda dövlət-din münasibətləri tənzimləndi. Milli-mənəvi sahədə irəliləyişlər əldə edildi. Dini abidələr təmir edildi, yeniləri inşa edildi. Əgər Sovet hakimiyyəti illərində Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2050-yə yaxındır. Onlardan 1600-dən çoxu daimi fəaliyyət göstərir. Bu gün isə Heydər Əliyev irsinin davamçısı, Prezident İlham Əliyev milii-mənəvi dəyərləri, o cümlədən islami dəyərlərə yüksək qiymət verir. Bu yaxınlarda Heydər Məscidinin inşa edilməsi, orada insanların ibadət etməsinə şərait yaradılması buna kiçik nümunələrdən biridir".

M.Qurbanlı bildirib ki, tolerantlıq siyasətinin ən bariz nümunələrindən biri də odur ki, milli-mənəvi dəyərlərlə bağlı keçirilən bütün tədbirlərdə dini konfessiayaların nümayəndələri iştirak edir. O qeyd edib ki, bu konfessiyaların təmsilçiləri ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinə, eləcə də apardıqları müxtəlif çirkin təbliğata qarşı ölkəmizin mövqeyini birgə müdafiə edirlər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin I müavini Hacı Salman Musayev çıxışında bildirib ki, Heydər Əliyevin bizə qarşı olan yad cərəyanların qarşısının alınmasında xüsusi rolu olub: "Azərbaycan həmişə digər dinlərin nümayəndələrinə, konfessiyalara qucaq açıb. Bunun üçün ən gözəl dövr isə Azərbaycanın müstəqillik illərinə təsadüf edib".

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndə ilk addımı milli-mənəvi dəyərlərlə bağlı oldu və Təzə Pir məscidində dindarlar qarşısında çıxış etdi: "Heydər Əliyevin Azərbaycanda fəaliyyət göstərən səmavi dinlərə mənsub icmaların bayramlarında onları təbrik etməsi, tədbirlərdə bu nümayəndələri dəvət etməsi onlara verilən önəmin göstəricisi idi. Bu, bir konsepsiya idi".

S.Musayev ulu öndərin Azərbaycanda bizə qarşı olan yad cərəyanların qarşısının alınmasında rolundan danışarkən qeyd edib ki, müstəqilliyin ilk ilərində bizə yad dini cərəyanlar xarici havadarlarının köməyi ilə burada özlərinə yer tapdı: "Bizə yad cərəyanların bura ayaq basması gənclərin müxtəlif təbliğat maşınlarınən təsiri altına düşməsinə səbəb oldu. Dini təbliğat adı altında müxtəlif təbliğatın aparılması halları oldu. Bunun qarşısını almaq üçün 1995-ci ildə Heydər Əliyev önəmli sərəncam imzaladı və xarici vətəndaşların Azərbaycanda dini təbliğat aparmasını qadağan etdi. Bu, ilk addım idi. Bundan sonra məsələlər getdikcə öz müsbət həllini tapmağa başladı".

Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi, dini icmalar, dini konfessiyalar, dinşünaslıq komissiyasının üzvləri, "Heydər Əliyev siyasəti və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən məqalə müsabiqəsinin münsiflər heyəti, müsabiqənin qalibləri iştirak ediblər.

"Heydər Əliyev siyasəti: Tolerantlıq" kitabının ön söz müəllifi Komitə sədri Mübariz Qurbanlı, buraxılışa məsul isə DQİDK sədrinin birinci müavini Səyyad Salahlıdır.

Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, Bakı şəhəri Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasiyasının katibi Elnur Əfəndiyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikasının Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili, DQİDK sədrinin 1-ci müavini Səyyad Aran çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və təşəkkül tapmasındakı rolundan, ölkədə tolerantlıq mühitinin bütün dünyaya nümunə ola biləcək həddə çatdırılması sahəsindəki xidmətlərindən danışıblar.

Tədbirin sonunda DQİDK-nın dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi "Heydər Əliyev siyasəti və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən məqalə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti