...

Gəncədə respublika onkoloqlarının ulu öndərin 92-ci ildönümünə həsr edilmiş konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2015 12:58 (UTC +04:00)
Milli Onkologiya Mərkəzi Gəncə şəhər Səhiyyə İdarəsi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirib.
Gəncədə respublika onkoloqlarının ulu öndərin 92-ci ildönümünə həsr edilmiş konfransı keçirilib (FOTO)

Milli Onkologiya Mərkəzi Gəncə şəhər Səhiyyə İdarəsi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirib.

Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə respublikanın baş onkoloqu, professor Azad Kərimli açaraq ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafında gördüyü işlərdən danışıb, onun uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatların verdiyi bəhrələri iştirakçıların diqqətinə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər konfransın Gəncədə keçirilməsini şəhər səhiyyəsinin inkişafına göstərilən diqqət kimi dəyərləndirib və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının tərəqqisi naminə həyata keçirdiyi məqsədyönlü işlərdən söhbət açıb.

Onkologiya sahəsində yüksək uğurlara imza atan, tanınmış alim, professor Əziz Əliyev "Baş-boyun şişlərində cərrahi yeniliklər" mövzusunda məruzə ilə çıxış edərək, onkologiya sahəsində qazandığı son nailiyyətlərini əks etdirən videoçarxın köməyi ilə konfrans iştirakçılarına geniş məlumat verib.Sonra professorlardan Fuad Əliyev "Qalxanabənzər vəzinin düyünlü formalarının və differensasiya olunmuş xərçənginə kliniki yanaşma", Niyazi Əsgərov "Obturasion mənşəli yoğun bağırsaq keçməzliyində müalicə taktikası", gənc onkoloq Həcər Həsənova "Uşaq endoskopiyasının xüsusiyyətləri və uşaqlarda endoskopiyaya göstərişlər", Gəncə şəhər səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədov "Düz bağırsaq xərçənginin kombinə olunmuş müalicəsi" mövzularında çıxış ediblər.

Məruzə və çıxışlarda diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Vaxtilə bəzi xəstəliklərin-xüsusilə onkoloji xəstəliyin müalicəsində problemlər yaşandığı halda, indi bu xəstəliyin müayinə və müalicəsi istiqamətində bir çox nailiyyətlərə imza atılıb. Sözsüz ki, uğurların qazanılmasında akademik Cəmil Əliyevin xidmətləri böyükdür. Əgər əvvəllər respublika əhalisi bu xəstəliklə bağlı xarici ölkələrə üz tuturdularsa, indi dövlət başçısının diqqət və qayğısı sayəsində Bakıda ən müasir avadanlıqlarla təchiz olunmuş Milli Onkologiya Mərkəzi fəaliyyət göstərir.Bu sahədə milli kadrların yetişməsi də ölkə başçısının daim diqqət mərkəzindədir.

Konfransda çıxış edənlər bütün bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi apararaq, həyata keçirilən tədbirlərin Azərbaycan xalqının sağlamlığına xidmət etdiyi barədə fikirlər səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti