...

BDU-nun Nanoaraşdırmalar mərkəzində hazırlanan layihə ABŞ-da qızıl medala layiq görüldü

Cəmiyyət Materials 14 May 2015 13:42 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar mərkəzində hazırlanan layihə ABŞ-da qızıl medala layiq görüldü.
BDU-nun Nanoaraşdırmalar mərkəzində hazırlanan layihə ABŞ-da qızıl medala layiq görüldü

Azərbaycan, Bakı, 14 may /Trend/

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar mərkəzində hazırlanan layihə ABŞ-da qızıl medala layiq görülüb.

Bakı Avropa liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli, Fuad Abdulzadə qızıl medala layiq görülüblər. BDU-nun
mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetin Nanoaraşdırmalar laboratoriyasında professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş "Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya" mövzusunda elmi layihəsi 7-10 May 2015 - ci il tarixində ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) 70 ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə keçirilən Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadasının "Ətraf mühütün idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 200 layihə içərisində qalib hesab edilərək qızıl medala layiq görülüb. Qaliblər Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti