...

Azərbaycanda hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası tətbiq ediləcək

Cəmiyyət Materials 15 May 2015 13:41 (UTC +04:00)
Azərbaycanda hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası tətbiq ediləcək.
Azərbaycanda hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası tətbiq ediləcək

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişikliklərdə əksini tapıb.

Belə ki, Məcəlləyə "Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası" adlı Maddə 49-1 əlavə edilib.

Maddəyə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri, hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs; bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər, hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs; bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs; bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti