...

"Alimlər şəhərciyi"nin yaradılacağı məkan bəlli oldu

Cəmiyyət Materials 2 İyun 2015 18:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Alimlər şəhərciyi"nin yaradılacağı ünvan bəlli oldu.
"Alimlər şəhərciyi"nin yaradılacağı məkan bəlli oldu

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Alimlər şəhərciyi"nin yaradılacağı ünvan bəlli oldu.

Trend-in məlumatına görə, AMEA Azad Həmkarlar İttifaqının 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə çıxış edən Akademiya prezidenti, akademik Akif Әlizadə deyib ki, "Alimlər şəhərciyi"nin Pirallahı rayonunda yaradılması nəzərdə tutulur.

Hazırda Prezident Administrasiyasında bu məsələyə baxıldığını deyən A.Əlizadə qeyd edib ki, alimlər üçün xüsusi poliklinikanın yaradılması artıq real məsələdir: "Artıq onun yeri məlumdur, layihəsi də hazırdır. Poliklinikanın tikilməsi üçün maliyyəmiz, sponsorumuz da var. İnşası üçün Bakı şəhər İcra Hakimiyyəti icazə verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti